Bank Of Baku

Səfir Hulusi Kılıç: “Türkiyə prezidentinin Ermənistana səfərinin Azərbaycana faydası olacaq” - EKSKLÜZİV

Səfir Hulusi Kılıç: “Türkiyə prezidentinin Ermənistana səfərinin Azərbaycana faydası olacaq” - <font color=red>EKSKLÜZİV</font>
# 02 sentyabr 2008 10:57 (UTC +04:00)
Səfir aparılan dialoqun hər zaman səmərəli olduğunu deyib. A. Gülün Ermənistana səfər etməsinin Azərbaycanda birmənalı qarşılanmamasına münasibət bildirən H. Kılıç hər kəsin fərqli düşündüyünü deyib.

Türkiyədə bəlli siyasətin həyata keçildiyini deyən səfir bu siyasətin Azərbaycanın əleyhinə deyil, lehinə yönəldiyini vurğulayıb. Diplomat A. Gülün bu səfərinin Türkiyə ilə Azərbaycan arasında münasibətlərə problem yaratmayacağını da bildirib: “Problemi yaratmaq istəyənlər yarada bilər. Ancaq niyə yaransın ki? Ermənistan yetkililəri ilə Azərbaycan yetkililəri də görüşür. Türkiyə yetklilərinin də görüşməsində hər hansı problem yoxdur. Bu, sadəcə, bir matçdır”.

H. Kılıç sözügedən səfərin Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə nəticələnəcəyi haqda deyilənləri də təkzib edib: “Sərhədlərin açılmasından söhbət gedə bilməz. Dağlıq Qarabağ və digər problemlər həll edilmədən sərhədlərin açılması mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR