Bank Of Baku

Bakıda Ukraynanın müstəqillik günü qeyd olunub

Bakıda Ukraynanın müstəqillik günü qeyd olunub
# 06 sentyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bakıda Ukraynanın müstəqilliyinin 17-ci ildönümü qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ötən müddət ərzində ölkəsinin sürətlə inkişaf etdiyini bildirib. O, Azərbaycan-Ukrayna əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, iki ölkə enerji resurslarının daşınması, demokratiyanın inkişafı, sülh və sabitliyin bərqərar olması istiqamətində sıx əməkdaşlıq edirlər. O, hər iki ölkənin GUAM formatında tərəfdaş olduqlarını xüsusi qeyd edib. Tədbirdə Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, millət vəkilləri və media təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR