Bank Of Baku

Azərbaycanın Aktauda Baş Konsulluğu fəaliyyətə başlayıb

Azərbaycanın Aktauda Baş Konsulluğu fəaliyyətə başlayıb
# 08 sentyabr 2008 08:23 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş Konsulluğu fəaliyyətə başlayıb. APA-nın Qazaxıstan mətbuatına istinadən yaydığı məlumata görə, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov bu hadisəni iki ölkə arasında münasibətlərin inkişafında mühüm addım adlandırıb: “Baş konsulluğun fəaliyyətə başlaması mühüm hadisədir, çünki Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır. Astana və Almatıdan sonra Aktau da diplomatik şəhər olacaq”. Qeyd edək ki, Azərbaycanın Aktaudakı Baş Konsulluğuna Rəşad Məmmədov rəhbərlik edəcək. Açılış mərasimində çıxış edən baş konsul qeyd edib ki, Aktauda Azərbaycan Baş Konsulluğunun fəaliyyətə başlaması Xəzərin iki qarşı sahilində yaşayan xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Manqistau vilayətinin hakimi Krımbek Kuşerbayev isə bildirib ki, bu hadisə Azərbaycanın Qazaxıstanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa nə qədər böyük diqqət ayırmasına sübutdur. Qeyd edək ki, Baş Konsulluğun fəaliyyəti Manqistau, Atırau, Aktyubinsk və Qərbi Qazaxıstan vilayətlərini əhatə edəcək. Hazırda Manqistau vilayətində 6 minə yaxın azərbaycanlı yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR