Bank Of Baku

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 08 sentyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri başa çatıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, E. Məmmədyarov dünən rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə regional məsələlər və Türkiyənin təklif etdiyi “Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması” müzakirə edilib. Tərəflər regionda vəziyyətin sabitləşməsinin bütün region dövlətlərinin marağında olduğunu vurğulayıblar.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi də müzakirə olunub. S. Lavrov iki ölkə arasında olan əvvəlki razılaşmalara, o cümlədən prezidentlər arasında imzalanmış sənədə uyğun olaraq, rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR