Bank Of Baku

Novruz Məmmədov Abdulla Gülün səfərinin İrana deyil, Ermənistana lazım olması ilə bağlı sualı cavablandırıb - TƏKZİB

Novruz Məmmədov Abdulla Gülün səfərinin İrana deyil, Ermənistana lazım olması ilə bağlı sualı cavablandırıb - <font color=red>TƏKZİB</font>
# 08 sentyabr 2008 09:01 (UTC +04:00)
Belə ki, Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərini şərh edən N. Məmmədovun “Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Türkiyə prezidentinin Ermənistana səfəri sabah unudulacaq bir şey deyil” sərlövhəli açıqlamasında müxbirin sualı “Bu səfərin Türkiyədən daha çox İrana lazım olduğu bildirilir” formasında yazılıb. Halbuki sual “bu səfərin Türkiyədən daha çox Ermənistana lazım olduğu bildirilir” formasında verilib və N. Məmmədov da məhz bu formada verilmiş sualı şərh edib.

Yanlışlığın sırf texniki xəta olduğunu qeyd etməklə yanaşı, N. Məmmədovun müsahibəsinin bu gün yayılacaq tam mətnində yanlışlığına aradan qaldırılacağını bildiririk.

Onu da qeyd edək ki, yanlışlığa yol vermiş müxbir ciddi cəzalandırılıb. Baş vermiş yanlışlığa görə, N. Məmmədovdan, İran dövlətindən və oxuculardan üzr istəyirik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR