Bank Of Baku

İslam Kərimovun Azərbaycana səfəri zamanı imzalanacaq sənədlərin siyahısı açıqlanıb

İslam Kərimovun Azərbaycana səfəri zamanı imzalanacaq sənədlərin siyahısı açıqlanıb
# 08 sentyabr 2008 12:45 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 11-də Azərbaycana rəsmi səfərə gələcək. Özbəkistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı iki ölkə arasında elm, texnika, iqtisadi-ticarət, humanitar, vergi, ətraf mühitin mühafizəsi, informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair dövlətlərarası sazişlərin imzalanması nəzərdə tutulur. Bundan başqa iki ölkənin Ticarət-Sənaye Palataları arasında əməkdaşlığa dair də saziş imzalanacaq. İslam Kərimovu səfərdə baş nazir və hökumət üzvləri müşayiət edəcək. Səfər proqramına uyğun olaraq İslam Kərimov və İlham Əliyev arasında təkbətək görüş keçiriləcək, daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam edəcək. İslam Kərimov səfər zamanı Bakıda dahi özbək şairi Əlişir Nəvainin heykəlinin açılış mərasimində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR