Bank Of Baku

Abdullah Gül sentyabrın 10-da Azərbaycana gələcək

Abdullah Gül sentyabrın 10-da Azərbaycana gələcək
# 08 sentyabr 2008 13:37 (UTC +04:00)
APA-nın “CNN-Türk” telekanalına istinadən yaydığı məlumata görə, səfər zamanı Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik Paktı, regionda son vəziyyət, enerji dəhlizlərinin təhlükəsizliyinin təminatı, Dağlıq Qarabağ münaqişəsi, Abdullah Gülün Ermənistana səfərinin nəticələri müzakirə olunacaq. Qeyd edək ki, Türkiyə mətbuatı Abdullah Gülün Ermənistan səfərinin Azərbaycanda narahatlıqla qarşılandığını, bu səbəbdən rəsmi Ankaranın Azərbaycanın könlünü almaq üçün bir sıra addımlar atmağa hazırlaşdığını yazıb. Bu məqsədlə planlaşdırılan addımlardan biri prezident Abdullah Gülün yaxın bir-iki həftə ərzində Bakıya səfər etməsi idi. Türkiyə mətbuatı səfərə hazırlıq prosesini davam etdiyini, Abdullah Gülün Bakı səfərinin ABŞ səfərindən əvvəl reallaşması üçün danışıqların aparıldığını yazmışdı. Qeyd edək ki, Abdullah Gülün ABŞ səfəri sentyabrın 20-də gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR