Bank Of Baku

Azərbaycan dövlət başçısı İlham Əliyev Asif Əli Zərdarini Pakistan prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan dövlət başçısı İlham Əliyev Asif Əli Zərdarini Pakistan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 08 sentyabr 2008 13:41 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti seçilməsi münasibətilə Asif Əli Zərdarini təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan-Pakistan münasibətlərinə böyük əhəmiyyət verdiyini qeyd edən İ. Əliyev dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin hərtərəfli inkişafı sahəsində səyləri, istər birbaşa, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı bundan sonra da ardıcıl davam etdirəcəyini vurğulayıb: “Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR