Bank Of Baku

ABŞ Dövlət Departamentinin rəsmisi Boyden Qrey: “İndi çox şey Türkiyənin boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı atacağı addımlardan asılıdır”

ABŞ Dövlət Departamentinin rəsmisi Boyden Qrey: “İndi çox şey Türkiyənin boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı atacağı addımlardan asılıdır”
# 09 sentyabr 2008 07:28 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalistlərin suallarının cavablandıran cənab Qrey bildirib ki, Rusiya mətbuatında Azərbaycanın “Nabucco” layihəsindən imtina etməsi barədə yazılanlar həqiqəti əks etdirmir. O, eyni zamanda Transxəzər layihəsi ilə bağlı danışıqlar da davam etdiyini vurğulayıb: “İndi gündəmdə olan əsas məsələ Bakı-Tiflis Ceyhan, Bakı-Tiflis-Ərzurum və digər boru kəmərlərinin təhlükəsizliyi məsələsidir. İndi çox şey Türkiyənin təhlükəsizliklə bağlı nə addımlar atacağından asılıdır”. B. Qrey əlavə edib ki, “Nabucco” layihəsindən əvvəl Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçəcəyi istisna deyil: “Hamınız bütün diqqətimizi “Nabucco” layihəsi üzərində cəmləşdirmişik. Amma yaddan çıxarmayın ki, başqa layihələr də var. O layihələr vasitəsilə enerji resurslarını Avropaya daşımaq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR