Bank Of Baku

Vasili İstratov: “Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası barədə razılaşmanı imzalamaq üçün əsas var”

Vasili İstratov: “Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası barədə razılaşmanı imzalamaq üçün əsas var”
# 09 sentyabr 2008 07:39 (UTC +04:00)
Bakı-Tamara Qriqoryeva-APA. “Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı əsas məsələlər ərazinin bölgüsü ilə bağlıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib. Səfir qeyd edib ki, Azərbaycanla Rusiya arasında sərhədin hansı xətt üzrə keçməsi də əsas müzakirə mövzularından biridir: “Ekspertlərin son görüşü iyulda baş tutub. İndi razılaşmanı imzalamaq üçün əsas var”. Səfir su sərhədinin 96-98 faizinin Rusiya tərəfindən formalaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, sentyabrın ortalarında Samur çayı ilə bağlı ekspertlərin görüşü gözlənilir. Səfir Abdullah Gülün Ermənistana səfərini alqışladığını bildirib: “Əgər hər iki tərəf bu səfərin nəticələrindən razı qalıbsa, biz də bunu alqışlayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR