Bank Of Baku

Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Komitəsinin 31-ci iclası keçirilir

Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Komitəsinin 31-ci iclası keçirilir
# 09 sentyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin 31-ci iclası keçirilir. APA-nın məlumatına görə, iki gün davam edəcək tədbirə komitənin sədr müavini Asəf Hacıyev sədrlik edir. Tədbirin açılışında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək ölkələrin iqtisadi inkişafının əsasən sabitlikdən asılı olduğunu deyib. Onun sözlərinə görə, son illər regionda sülhə qəsd edənlər heç nəyə nail ola bilməyiblər.

Vitse-spiker Azərbaycanda hökm sürən sabitlik nəticəsində ciddi iqtisadi uğurların əldə edildiyini deyib: “Son dörd ildə Azərbaycanın dövlət büdcəsinin həcmi on dəfə artıb. Təkcə bu fakt hər şeydən xəbər verir”.
Qeyd edək ki, iki gün davam edəcək iclasda Qara Dəniz regionu ilə Ümumdünya Ticarət Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Müzakirələrin nəticələrinə Baş Assambleyanın noyabrda keçiriləcək iclasında baxılacaq.

İclasda, həmçinin təşkilatın işində aktiv iştirak etdiklərinə görə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Mübariz Qurbanlı, İmanverdi İsmayılov və sabiq deputat Şaittin Əliyev diplomla təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR