Bank Of Baku

Azərbaycan prezidenti Yunanıstan inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Yunanıstan inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 09 sentyabr 2008 15:56 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da Yunanıstanın inkişaf naziri Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, X. Folias iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Öz növbəsində, dövlət başçısı Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə genişləndiyini vurğulayıb. Prezident Yunanıstanın inkişaf nazirinin ölkəmizə səfərinin bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR