Bank Of Baku

ABŞ prezidentinin xüsusi elçisi Boyden Qrey: “Azərbaycanın öz enerji resurslarını Avropaya nəql etmək niyyətini alqışlayırıq”

ABŞ prezidentinin xüsusi elçisi Boyden Qrey: “Azərbaycanın öz enerji resurslarını Avropaya nəql etmək niyyətini alqışlayırıq”
# 09 sentyabr 2008 15:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qrey Bakıda keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Bakıda ABŞ-ın vitse-prezidenti Riçard Çeyni və prezident İlham Əliyevin görüşündə mübahisə düşməsi barədə iddialar əsassızdır: “Danışıqlar çox uğurlu keçib. Prezident İlham Əliyev bunu bugünkü görüşümüzdə mənə bir daha söylədi”. Boyden Qrey bildirib ki, Bakıya səfəri çərçivəsində Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərlə görüşərək energetika məsələlərini, ilk növbədə isə boru kəmərlərinin təhlükəsizliyi məsələsini müzakirə etmək niyyətindədir. ABŞ rəsmisi bu məsələnmi Azərbaycan tərəfi ilə də müzakirə etdiyini bildirib: “Bununla bağlı bir çox fikir və təkliflər var, biz bu barədə fikir mübadiləsi apardıq. Gələcəkdə ola bilsin ki, bu məsələlərə dair konkret təkliflər irəli sürdük”. Azərbaycandan əvvəl Türkmənistana səfər etdiyini deyən Boyden Qrey gələn bazar ertəsi Türkiyədə olacağını bildirib. Türkmənistan və Azərbaycanda Transxəzər layihəsi ətrafında müzakirələr aparıldığını bildirən cənab Qrey Rusiyanın bu ölkələrdən mavi yanacaq almaq istəyinə də münasibət bildirib: “Bu fakt ABŞ-ı qorxutmur. Hesab etmirik ki, Rusiya bölgədəki bütün enerji resurslarını ala bilər”. Enerji resurslarının müxtəlifləşdirilməsi məsələsinə münasibət bildirən Boyden Qrey bu məsələyə böyük önəm verdiklərini deyib: “Bu kontekstdə “Nabucco” layihəsini və Türkiyə-Yunanıstan-İtaliya xəttini qeyd edə bilərəm. ABŞ “Nabucco” layihəsini dəstəkləyir. “Cənub axını” layihəsinə isə bir qədər skeptik münasibət bəsləyirik, çünki bu layihə çox baha başa gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR