Bank Of Baku

Beynəlxalq Enerji Agentliyinin rəsmisi: “Avropa ölkələri Azərbaycanla əməkdaşlığa mühüm önəm verir”

Beynəlxalq Enerji Agentliyinin rəsmisi: “Avropa ölkələri Azərbaycanla əməkdaşlığa mühüm önəm verir”
# 10 sentyabr 2008 07:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Agentliyinin (BEA) İcraçı Direktorunun müavini Riçard Consun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, enerji daşıyıcılarının təchizatının diversifikasiyasının qlobal enerji təhlüksəziliyində əhəmiyyətini vurğulayan R.Cons bu istiqamətdə Azərbaycanın əhəmiyyətini qeyd edib, Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib.

O, ölkəmizə səfərinin Azərbaycan və Türkmənistanın neft-qaz potensialının müzakirəsinə həsr olunmuş konfransında iştirakla yanaşı, BEA ilə Azərbaycan arasında əməkdaşlıq sahələrini müzakirə etmək olduğunu deyib.

Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın neft və qaz sektorunda həyata keçirilən layihələr, habelə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəməri layihələrinin ölkəmiz üçün strateji, təhlükəsizlik və iqtisadi baxımdan əhəmiyyətini qeyd edib, Azərbaycanın da BEA ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR