Bank Of Baku

ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan məmnundur

ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan məmnundur
# 10 sentyabr 2008 07:50 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin Xəzər enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Boyden Qrey və ABŞ Dövlət Departamentinin Avrasiya enerji diplomatiyası üzrə əlaqələndiricisi Stiven Mənni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan və Türkmənistanın neft-qaz potensialının müzakirəsinə həsr olunmuş konfransın Bakıda təşkilini yüksək qiymətləndirən qonaqlar, bu cür tədbirlərin iki dövlət arasında enerji sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, enerji təhlükəsizliyinin təminatında vacib rol oynadığını qeyd ediblər.

ABŞ rəsmiləri ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluqlarını bildirib, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq, bu mənada ölkəmizdə neft və qazın hasilatı sahəsində həyata keçirilən layihələrin, habelə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin vacibliyini diqqətə çatdırıblar.

Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın qoşulduğu enerji layihələrinin ölkə üçün faydasına toxunaraq, bu layihələrin strateji, təhlükəsizlik və iqtisadi baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR