Bank Of Baku

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtını açıqlayıb - EKSKLÜZİV

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtını açıqlayıb - <font color=red>EKSKLÜZİV</font>
# 10 sentyabr 2008 11:37 (UTC +04:00)
Onun sözlərinə görə, Nyu-Yorkda belə bir görüşün keçirilməsinin mümkünlüyü Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında avqustun 1-də Moskvada baş tutan görüşdə müzakirə olunub. Yuri Merzlyakov Nyu-Yorkda planlaşdırılan görüşün konkret tarixinin müəyyənləşmədiyini bildirib. O, həmçinin həmsədrlərin regiona səfərinin gözləndiyini də qeyd edib. Rusiyalı həmsədr Türkiyənin xarici işlər naziri Əli Babacanın son təklifinə də münasibət bildirib: “Mən belə başa düşdüm ki, Nyu-Yorkda Türkiyə və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşü nəzərdə tutulur. Amma əgər söhbət Babacan, Nalbandyan və Məmmədyarovun üçtərəfli görüşündən gedirsə, bu çox yaxşı haldır, biz buna yalnız sevinərik”. Həmsədr bildirib ki, bu situasiyada danışıqlar formatının dəyişdirilməsi barədə danışmaq düzgün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR