Bank Of Baku

Azərbaycan prezidenti Polşanın müstəqilliyinin bərpa olunmasının 90 illiyi münasibətilə keçiriləcək tədbirə dəvət olunub

Azərbaycan prezidenti Polşanın müstəqilliyinin bərpa olunmasının 90 illiyi münasibətilə keçiriləcək tədbirə dəvət olunub
# 10 sentyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşa prezidenti Lex Kaçinski Azərbaycan prezidenti İlham Əliyevi Polşanın müstəqilliyinin bərpa olunmasının 90 illiyinə həsr olunmuş tədbirə dəvət edib. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yubiley münasibətilə noyabrın 11-də Varşavada keçiriləcək tədbirə 55 ölkənin liderləri dəvət olunub.

Proqrama uyğun olaraq tədbirlər Varşavada Naməlum Əsgərin məzarına əklil qoymaqla başlanacaq, sonra qonaqlar üçün Kral qəsrində ziyafət veriləcək. Axşam isə Böyük Teatrda prezidentlərin balı təşkil olunacaq.

Qeyd edək ki, 1918-ci il noyabrın 11-də Almaniyanın I Dünya müharibəsində kapitulyasiyası haqqında akt imzalanıb, həmin sənəddə Polşanın müstəqilliyinin bərpa olunması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR