Bank Of Baku

Xose Manuel Barroso: “Bakıda keçirilən neft-qaz konfransı Azərbaycan və Türkmənistan prezidentlərinin uğurlu əməkdaşlığının nəticəsidir”

Xose Manuel Barroso: “Bakıda keçirilən neft-qaz konfransı Azərbaycan və Türkmənistan prezidentlərinin uğurlu əməkdaşlığının nəticəsidir”
# 10 sentyabr 2008 14:10 (UTC +04:00)
Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Komissiyasının prezidenti bu konfransı iki ölkənin dövlət başçıları arasında bəhrəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib: “Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın genişlənməsindən çox məmnunam. Ümid edirəm ki, bu proses davam edərək, Xəzər dənizi karbohidrogenləri ilə əlaqədar məsələlərin həllinə daha çox yardım edəcəkdir”. Xose Manuel Barroso bildirib ki, Azərbaycan və Türkmənistan Avropa İttifaqının mühüm və strateji tərəfdaşlarıdır: “Bizim əməkdaşlığımız mövcud əlaqələrdən kənara çıxaraq, daha dərin siyasi əlaqələrin saxlanmasını və iqtisadi inteqrasiyanı təklif edir. Avropa İttifaqı Anlaşma Memorandumunu imzalamaqla hər iki ölkə ilə öz enerji bağlantılarını gücləndirib. Avropa İttifaqı enerji sektorundakı əsas prioritetlərinin icrasında Azərbaycana yardım göstərilməsi üçün xüsusi planlaşdırılmış Enerji İslahatlarına maliyyə yardımı Proqramını işə salıb. Eyni zamanda Avropa İttifaqı enerji sektorunun çoxşaxəli inkişafı və təhlükəsizliyinin tərəqqisi üçün Azərbaycanın çətin və cəsarətli qərarlarını tam anlayaraq, onları yüksək qiymətləndirir”. Sonda Xose Manuel Barroso konfrans iştirakçılarına konstruktiv müzakirələr və uğurlar diləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR