Bank Of Baku

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib
# 10 sentyabr 2008 14:37 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev sentyabrın 10-da Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidisi fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafında mühüm irəliləyişlərin olduğunu bildirib. Əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın olduğunu bildirən prezident ikitərəfli münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir T. Dimidis Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. O, əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR