Bank Of Baku

Berlində “Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir

Berlində “Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir
# 22 sentyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Berlində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Xarici Siyasət üzrə Alman Şurasının (DGAP) təşkilatçılığı ilə “Azərbaycan və Avropa Birliyi: yeni istiqamətlər və strateji əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans başlayır. SAM-dan APA-ya verilən məlumata görə, Azərbaycan və Almaniya hökumət rəsmilərinin və Almaniyanın tanınmış siyasi ekspertlərinin dəvət edildiyi konfrans məruzələrin dinlənilməsi və geniş müzakirə formatında təşkil olunub. Almaniya tərəfi xarici işlər nazirinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə məruzəçisi Hans Diter Lukas, Bundestaqın üzvləri Eduard Lintner, Ştefan Rayhe və yerli siyasətsünaslar səviyyəsində təmsil edilir. Azərbaycan nümayəndə heyətinin tərkibində isə SAM-ın rəhbəri Elxan Nuriyev, Almaniyadakı səfir Pərviz Şahbazov, ATƏT-dəki daimi nümayəndə Fuad İsmayılov, Milli Məclisin üzvü Fuad Muradov, İslam Konfransı Təşkilatının Azərbaycan Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və Azərbaycan İnsan Hüquqları Fondunun sədri Tural Kərimli təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR