Bank Of Baku

Ərdəbil polisinin Abbas Lisani barəsində məhkəmə iddiası təmin olunmayıb

Ərdəbil polisinin Abbas Lisani barəsində məhkəmə iddiası təmin olunmayıb
# 22 sentyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarından olan Abbas Lisani barəsində Ərdəbil şəhər Polis İdarəsi tərəfindən qaldırılan məhkəmə iddiası təmin olunmayıb. A. Lisaninin vəkili Məhəmmədrza Fəqihi APA-ya bildirib ki, polis 2006-cı ilin may hadisələri zamanı qurumun inzibati binasına hücumun A. Lisani tərəfindən təşkil olunduğu iddiası ilə şəhər məhkəməsinə müraciət edib. Məhkəmə isə iddianın əsassız olduğuna qərar verib. M. Fəqihi onu da əlavə edib ki, A. Lisaninin cəza müddəti gələn ilin yanvarında tamam olur və o, azadlığa buraxılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR