Bank Of Baku

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Saratov vilayətinə səfər edib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Saratov vilayətinə səfər edib
# 22 sentyabr 2008 09:23 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov – APA. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Rusiyanın Saratov vilayətinin vitse-qubernatoru Aleksandr Babiçevlə görüşüb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, görüş II Ümümdünya Delfi Oyunları çərçivəsində baş tutub. A. Babiçev Azərbaycan diasporasının vilayətin sosial-iqtisadi həyatında fəal iştirak etdiyini bildirib. O, miqrasiya sahəsində ortaya çıxan bütün problemlərin operativ şəkildə yerli Azərbaycan təşkilatları ilə birlikdə həll olunduğunu deyib. Q. Osmanov isə Azərbaycan diasporasına diqqətlə yanaşdığına görə Saratov vilayət hökumətinə təşəkkür edib.

Qeyd edək ki, II Ümümdünya Delfi Oyunlarında 20 nəfərdən ibarət Azərbaycan komandası da iştirak edir. Azərbaycan komandasının oyunlarında iştirakı Heydər Əliyevin Fondun Rusiya şöbəsinin rəhbəri Leyla Əliyevanın dəstəyi nəticəsində reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR