Moldova səfiri İon Robu: “Ölkəmiz Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir” - EKSKLÜZİV
- Mən ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq tempini pozitiv dəyərləndirərdim. Moldova-Azərbaycan iqtisadi-ticarət münasibətlərinin analizi stabil inkişafdan müsbət irəliləyişlərdən xəbər verir. Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi bir il əvvələ nisbətən 1,5 dəfə artıb, mal dövriyyəsinin strukturu genişlənib. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanla Moldova atasında iqtisadi münasibətlərin indiki səviyyəsi mövcud potensiala cavab vermir. Buna görə də iqtisadi əməkdaşlığı ölkələrimiz arasında münasibətlərin mərkəz nöqtəsinə çevirmək qarşımızda duran təxirəsalınmaz vəzifədir. Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün real imkanlar var.
Son illər həm Moldova, həm də Azərbaycan biznes dairələri və sərmayədarlar üçün cəlbedici ölkələrə çevrilib. İqtisadi əlaqələri daha da möhkəmlətmək üçün Azərbaycan şirkətlərinin Moldova iqtisadiyyatına sərmayə qoymasına bütün zəruri şəraiti yaratmağa hazırıq.
- Azərbaycan-Moldova hökumətlərarası komissiyasının gündəliyində müzakirəsi son dərəcə zəruri olan məsələlər varmı?
- Ölkələrimizin iqtisadiyyatının inkişafı üçün ən perspektivli yol – qarşılıqlı investisiya layihələridir. Hər iki ölkənin prezidentləri müvafiq qurumlar qarşısında qoyduğu vəzifələrdən biri konkret sahələr üzrə əməkdaşlıq layihələri təqdim etmək və reallaşdırmaqdır. Bütün bu layihələr Hökumətlərarası komissiyanın növbəti iclasında diqqətlə nəzərdən keçiriləcək. Komissiyanın iclasının noyabr-dekabr aylarında keçiriləcəyi nəzərdə tutulur.
- İki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının müddəalarından biri neft-kimya sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu razılaşma necə həyata keçirilir?
- Qeyd etdiyiniz proqramda neft-kimya sənayesi məhsullarının qarşılıqlı daşımalarının təşkili nəzərdə tutulur. Ticarət dövriyyəsində bu məhsulların yeri var, amma təəssüf ki, çox az miqdardadır. Hazırda Moldova şirkətləri Azərbaycandan bu məhsulların idxalının reallaşdırılması üzərində aktiv çalışırlar.
- Birgə müəssisələrin yaradılması prosesi necə gedir? Azərbaycan və Moldovada qarşılıqlı ticarət nümayəndəliklərinin açılması istiqamətində irəliləyiş varmı?
- Moldovada mövcud olan statistikaya əsasən, hələ iki ilə əvvələ qədər 20 Moldova-Azərbaycan birgə müəssisəsi qeydiyyatdan keçib və fəaliyyət göstərir. Birgə müəssisələrin yaradılması istiqamətində işlər uzunmüddətli əməkdaşlıq proqramına uyğun olaraq davam etdirilir. Bu il “Moldovanın Azərbaycanda Ticarət Evi” məhdud məsuliyyətli cəmiyyəti və qurumun nizamnaməsi qeydiyyatdan keçib.
- İki ölkənin neft-qaz sektorunda əməkdaşlığı necə inkişaf edir?
- Azərbaycanla Moldova arasında əməkdaşlığın əsas prioritet sahələrindən biri - energetika sahəsidir. Moldova Azərbaycanın karbohidrogen resurslarının hasilatı sahəsində topladığı təcrübəyə böyük maraq göstərir. Biz daha çox texniki yardım göstərilməsində maraqlıyıq. Azərbaycanın ölkəmizdə neft və qaz yataqlarının geoloji kəşfiyyat işlərində köməklik göstərməsini istəyirik. Martda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspertləri ikinci dəfə Moldovada səfərdə olublar. Onlar mövcud geoloji və geofiziki məlumatları, əvvəllər aparılmış geoloji kəşfiyyat işlərinin nəticələrini öyrəniblər.
- Moldova Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarının müxtəlifləşdirilməsi ideyasına necə yanaşır?
- Azərbaycanın Avropa ölkələrinə enerji resursları ixrac edən ölkə kimi rolu çox böyükdür. Xəzərin enerji resurslarının Avropaya nəqli üçün yeni nəqliyyat dəhlizlərinin yaradılmasında Moldovanın ikitərəfli və çoxtərəfli səviyyədə iştirakı nəzərdən keçirilir. Bununla əlaqədar Moldovanın cənubunda yerləşən Curculeştı neft terminalının Xəzər neftinin Avropaya nəqli sisteminə qoşulması imkanları dəyərləndirilir.
Xarici siyasət
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Xəbər Lenti
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir