Bank Of Baku

Türkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək

Türkiyə, Almaniya və Belçikada hərbi kurslar keçiriləcək
# 23 sentyabr 2008 08:29 (UTC +04:00)
Bakı-APA. Bu gün Türkiyənin Ankara şəhərində Anadolu Qartalı 2009 təliminin ilkin planlaşdırma toplantısı keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 26 sentyabr-19 dekabr tarixlərində Almaniyanın Qarmiş şəhərində C. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzində təhlükəsizlik proqramı üzrə kurs baş tutacaq. 29 sentyabr-10 oktyabrda isə Norveçin Oslo şəhərində isə «Komandanlıq zabitlərinin Beynəlxalq kursu» keçiriləcək. Bundan başqa, sentyabrın 30-da Belçikanın Brüssel şəhərində «Sənaye günü» konfransı, 30 sentyabr-1 oktyabr tarixlərində isə Almaniyanın Berlin şəhərində adi silahlara nəzarətlə bağlı Berlin seminarı keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR