Bank Of Baku

Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan prezidenti ilə görüşü olub

Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan prezidenti ilə görüşü olub
# 25 sentyabr 2008 11:15 (UTC +04:00)
APA-nın “Arka-nyus” agentliyinə istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Tərəflər həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkili perspektivlərini müzakirə ediblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Nyu-Yorkdadırlar. Hər iki nazirin iş qrafiki gərgin olduğundan görüşün dəqiq tarixini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bununla belə görüşün bu gün və ya sabah baş tutacağı bildirilir. Eyni zamanda sabah Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR