Bank Of Baku

Moskvada “Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa keçirilib

Moskvada “Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa keçirilib
# 25 sentyabr 2008 16:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskvada “Rusiya naminə vəhdət” Fondunun himayəsi altında “Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev tədbirə əsas məruzəçi qismində dəvət olunub. O, iştirakçıları Azərbaycandakı seçkiqabağı vəziyyətlə tanış edib. E. Nuriyev sosioloji araşdırmalara əsasən prezident İlham Əliyevin şəksiz lider olduğunu vurğulayıb və onun rəhbərliyi altında Azərbaycanın müasirləşməsi, hərtərəfli inkişafı istiqamətində həyata keçirilən kursun əhali tərəfindən dəstəklənməsinin səbəblərini açıqlayıb. Məruzəçi öz milli mənafelərindən çıxış edən, eyni zamanda qlobal və regional qüvvələrin də mövqeləri nəzərə alan Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prinsipləri haqda ümumi məlumat verib.

Fondun prezidenti Vyaçeslav Nikonov dəyirmi masada giriş nitqi və yekun şərhlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR