Bank Of Baku

Azərbaycan hərbçiləri ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər
# 14 oktyabr 2008 07:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində oktyabrın 15-dən gələn il iyunun 25-dək Hərbi Dəniz Qərargahı Akademiyasında təhsil keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində keçiriləcək İmmunologiya kursu oktyabrın 17-dən 31-dək davam edəcək. İstanbul şəhərində Hidroqrafiya məsələlərində qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması, Xəzər dənizinin elektron naviqasiya xəritələrinin istehsalı məsələsinin müzakirəsi isə 20-24 oktyabr tarixlərində baş tutacaq. Həmin tarixdə Azərbaycan HHM bölmələrində xidmət edən şəxsi heyətinin Türkiyə Respublikası HHM sistemləri ilə tanışlıq və təlim məqsədilə ziyarəti olacaq. İzmir şəhərində NATO standartlarına keçid çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin ordu korpuslarının və briqadalarının mühəndis xidməti mütəxəssislərinin mühəndis xidmətinin qeydiyyat və prosedurlarının öyrənməsini təmin etmək məqsədilə, onlara Türkiyə Silahlı Qüvvələrinin bərabər səviyyəli hissələrində qısa müddətli kurs və praktiki təlimin verilməsi oktyabrın 20-dən noyabrın 1-dək davam edəcək.
20-31 oktyabrda Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Konstantsa şəhərində Sülhməramlı Dəniz Əməliyyatları üçün Rabitə prosedurları kursu keçiriləcək. Oktyabrın 20-dən 22-dək isə Bakı şəhərində Hərbi qanunvericiliklə bağlı ekspertlərin işçi görüşü olacaq. Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Çex Respublikasının Vişkov şəhərində Sülhü Dəstəkləmə Əməliyyatları treninq kursunun planlaşdırılması və qiymətləndirilməsi kursu 20-31 oktyabrda baş tutacaq. 19-24 oktyabr tarixlərində Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İslamabad şəhərində Hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi üzrə işçi görüşü forumu keçiriləcək. Azərbaycanla Ukrayna arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 21-23 oktyabrda Vinnitsa şəhərində Ukrayna Avia-Kosmik Tibb Mərkəzinə tanışlıq səfəri keçiriləcək. Azərbaycanla Belarus arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikası Silahlı Qüvvələri nümayəndələrinin rabitə sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü 27-28 oktyabrda olacaq. Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq isə Sofiya şəhərində Bolqarıstan Silahlı Qüvvələrinin mobil qüvvələrinin strukturu və təchizatı ilə tanışlıq üzrə ekspertlərin işçi görüşü 21-23 oktyabrda keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR