Bank Of Baku

Aleksey Ostrovski: «Bütün ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipi kimi qəbul olunmalıdır»

Aleksey Ostrovski: «Bütün ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipi kimi qəbul olunmalıdır»
# 16 oktyabr 2008 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. «Biz hesab edirik ki, bütün ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipi kimi qəbul olunmalıdır». Bunu Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi ölkələri ilə əlaqələr Komitəsinin sədri Aleksey Ostrovski APA-ya eksklüziv açıqlamasında deyib. A. Ostrovski qeyd edib ki, bu prinsip dondurulmuş münaqişələrin sülh yolu ilə həlli zamanı, güc tətbiq olunmadığı, məsələnin siyasi kompromis və siyasi danışıqlar yolu ilə aparıldığı halda nəzərə alınmalıdır: «Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsində iştirak edən hər iki tərəf – həm Azərbaycan, həm də Ermənistan özlərində qüvvə və cəsarət taparaq danışıqlar masası ətrafına oturmalıdırlar və bu problemin hər iki tərəfi qane edən həlli variantını tapmalıdırlar».
Deputat danışıqların Rusiyanın vasitəçiliyi ilə aparıldığını qeyd edərək bildirib ki, ölkəsi tərəflər arasında əldə olunacaq razılaşmanın yerinə yetirilməsində qarant qismində çıxış edə bilər: “Amma Azərbaycan və Ermənistanın qarşılıqlı istəyi olmasa, vasitəçi ölkələr bu problemi çətin həll edə bilərlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR