Bank Of Baku

Avropa Parlamentinin deputatı: ““Nabucco” layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var”

Avropa Parlamentinin deputatı: ““Nabucco” layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var”
# 23 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. “Azərbaycanda seçki prosesi çox sakit keçib”. APA-nın Bolqarıstanın “Fokus” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycandakı prezident seçkilərini müşahidə etmiş Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov deyib. O, seçkiləri demokratiya yolunda inkişaf kimi qiymətləndirib: “Əlbəttə, tənqid olunası məqamlar da var. Amma ümumən inkişafdan danışmaq mümkündür”. Y. Kirilov ölkədəki sabitliyin önəminə diqqət çəkib: “Azərbaycan demokratiya və iqtisadiyyat sahəsində inkişafını davam etdirir, Avropa ilə əməkdaşlığı gücləndirir”. Bolqar siyasətçi Azərbaycanın “Nabucco” layihəsində vacib rol oynadığını da vurğulayaraq bildirib ki, bu layihəni kağızdan praktikaya keçirmək üçün Azərbaycanın töhfəsinə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR