Bank Of Baku

Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar

Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar
# 24 oktyabr 2008 07:27 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu məhkəmənin sədri Jan Pol Kosta Strasburqda Ermənistan Kasasiya Məhkəməsinin sədri Arman Mkrtumyanı qəbul edərkən deyib. J. K. Kosta bildirib ki, hazırda AİHM-də Ermənistanla bağlı 800-ə yaxın iş var və bunlardan 570-ə yaxını Azərbaycan vətəndaşlarının iddialarıdır. Məhkəmənin icraatında ümumən 95 minə yaxın iş olduğunu söyləyən sədr, müraciətlərin getdikcə artdığını, bu səbəblə məhkəmənin daha effektiv işləməsi üçün islahat aparmaq istədiklərini söyləyib. Onun sözlərinə görə, daxil olan müraciətlərin 55%-i 4 ölkənin payına düşür: Rusiya, Türkiyə, Rumıniya və Ukrayna.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR