Bank Of Baku

Polşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib

Polşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib
# 29 oktyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşa prezidenti Lex Kaçinskinin noyabrın 14-də Bakıda keçiriləcək 4-cü enerji sammitində iştirak edəcəyi rəsmən təsdiqlənib. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin ikinci katibi Yan Brodovski məlumat verib. Toplantıda Türkiyə prezidenti Abdulla Gül, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Xendrik İlves, Latviya prezidenti Valdas Zatlers və Rumıniya prezidenti Trayan Baseskunun da iştirakı gözlənilir.

Xatırladaq ki, birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, üçüncüsü isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR