Bank Of Baku

Con Sallivan: “Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm”

Con Sallivan: “Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm”
# 29 oktyabr 2008 16:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Mən Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Kommersiya Departamenti katibinin müavini Con Sallivan deyib. O bildirib ki, ABŞ-ın məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş islahatların davam etdirilməsində hökumətə yardımçı olmaqdır. Qonaq hesab edir ki, iqtisadi inkişafın əsas şərtlərindən biri korrupsiya və bürokratiyanın azaldılması və iqtisadiyyatın diversifikasiyasıdır. C. Sallivan hazırda Azərbaycanda 100-dən çox ABŞ şirkətinin fəaliyyət göstərdiyini, ikitərəfli iqtisadi əməkdaşlıq gücləndikcə, onların sayının artacağını söyləyib. O, ABŞ-ın Azərbaycanda yüksək texnologiyalar, aqrar-sənaye və infrastruktur sahələrinə daha çox maraq göstərdiyini vurğulayıb.

Qeyd edək ki, C. Sallivan Azərbaycan prezidenti, Dövlət Neft Şirkətinin prezidenti, maliyyə naziri, iqtisadi inkişaf naziri və Azərbaycanda fəaliyyət göstərən amerikalı iş adamları ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR