Bank Of Baku

Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşüb

Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşüb
# 30 oktyabr 2008 07:24 (UTC +04:00)
London. Viktoriya Dementyeva-APA. Azərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri Con Man və Mark Pritçard ilə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşlərdə Azərbaycan və Böyük Britaniya arasında mövcud münasibətlər, əlaqələrin daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Səfir ilk öncə ölkəmizdə, eləcə də Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr, ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar barəsində həmsöhbətlərini məlumatlandırıb. O, regional təhlükəsizliyin təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini və bunun regionda inteqrasiya proseslərinə töhfə verə biləcəyini vurğulayıb. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının regionda sülh və sabitliyə təhdid təşkil etdiyi və münaqişənin sülh yolu ilə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.

Ölkəmizdə gedən siyasi proseslərə də toxunan Səfir ölkəmizdə keçirilən prezident seçkiləri haqqında məlumat verib, seçkilərin tam demokratik və şəffaf şəraitdə, beynəlxalq normalara uyğun şəkildə həyata keçirildiyini həmsöhbətlərinin nəzərinə çatdırıb. Hər iki görüş zamanı Azərbaycan və Böyük Britaniya parlamentləri arasında əlaqələr ətrafında söhbət aparılıb və bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR