Bank Of Baku

Azərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib

Azərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib
# 30 oktyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan BMT Baş Assambleyasının İkinci Komitəsində keçirilən müzakirələr zamanı Türkmənistanın təqdim etdiyi layihəni dəstəkləyib. APA-nın məlumatına görə, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva “Enerji daşıyıcılarının etibarlı və stabil tranziti və onun dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın təminatında rolu” adlı qətnamə layihəsi təqdim edib. Bir çox ölkə, o cümlədən Azərbaycan bu təşəbbüsə qoşulacağını bildirib. Layihədə qlobal proseslərdə enerji daşıyıcıları tranzitinin artan rolu qeyd olunur, Mərkəzi Asiya və digər nəqliyyat-kommunikasiya qovşaqlarının enerji daşıyıcılarının beynəlxalq səviyyədə hasilatı və nəqlində əhəmiyyəti vurğulanır. Bununla bağlı 2009-cu ildə Türkmənistanda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR