Bank Of Baku

QAT: Rusiyanın vasitəçilik missiyasını fəallaşdırmaq cəhdləri Azərbaycanın milli maraqlarına cavab vermir

QAT: Rusiyanın vasitəçilik missiyasını fəallaşdırmaq cəhdləri Azərbaycanın milli maraqlarına cavab vermir
# 30 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) noyabrın 2-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşlə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirib ki, Rusiyanın vasitəçilik missiyasını fəallaşdırmaq cəhdləri Azərbaycanın milli maraqlarına cavab vermir: “Rusiyanın məqsədi nəyin bahasına olursa-olsun sülhməramlı qüvvələr adı altında hərbi hissələrini Azərbaycan ərazilərinə yeritməkdən ibarətdir. Digər tərəfdən, Ermənistanın təcavüzkar iddialarından geri çəkilməməsi də Azərbaycanın bu görüşə qatılmasını mümkünsüz edir. Ermənistanın Qarabağda hərbi təlimlər keçirməsi, terrorçu prezident Serj Sərkisyanın təlimlərdə iştirakı isə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Bu faktlardan sonra Azərbaycanın Ermənistanla danışıqlar stolu arxasında oturması heç bir ölçüyə sığmır”. Bəyanatda beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətindəki fəaliyyəti də pislənib: “Beynəlxalq təşkilatlar, vasitəçi dövlətlər isə Ermənistanın bu hərəkətlərinə artıq heç bir reaksiya vermir, adi hal kimi yanaşır və görməməzliyə vururlar. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan hakimiyyəti yuxarıda göstərilənləri əsas götürərək Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina etməli, ümumiyyətlə, Madrid prinsipləri əsasında hazırkı formatda aparılan danışıqları dayandırmalı, ölkənin milli maraqlarına ciddi təhlükə yaradan prosesdən imtina edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR