Bank Of Baku

Azərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb

Azərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb
# 30 oktyabr 2008 15:18 (UTC +04:00)
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müzakirələr NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertlərinin iştirakı ilə aparılır.

Ekspertlər Baş Qərargahın NATO ölkələrində olduğu kimi, Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirə edirlər.

Qeyd edək ki, G strukturuna keçid Müdafiə Nazirliyi və Baş Qərargahın təşkilati-ştat strukturunun tam şəkildə NATO standartlarına uyğunlaşdırılması deməkdir. İslahatların yekun nəticəsi olaraq, müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətləri müəyyən olunacaq, Silahlı Qüvvələrin çevik idarəetmə sistemi yaradılacaq. Baş Qərargah hərbi əməliyyatlar zamanı Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya kimi hərbi birləşmələrin fəaliyyətini koordinasiya edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR