Bank Of Baku

Moskvada “Azərbaycan geosiyasi və regional koordinatlar sistemində: 2008-2013-cü illər” adlı beynəlxalq konfrans keçirilib

Moskvada “Azərbaycan geosiyasi və regional koordinatlar sistemində: 2008-2013-cü illər” adlı beynəlxalq konfrans keçirilib
# 01 noyabr 2008 10:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya Dövlət Humanitar Universitetində (RDHU) «Azərbaycan geosiyasi və regional koordinatlar sistemində: 2008-2013-cü illər» adlı beynəlxalq konfrans keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransı RDHU, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzi və səfirlik təşkil edib.

Tədbirdə əsas məruzəçi Qərb Universitetinin professoru Fikrət Sadıxov olub. Bunun ardınca Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin böyük elmi işçisi Aleksandr Karavayevin məruzəsi dinlənilib.

Məruzə və çıxışlarda qeyd olunub ki, Azərbaycan hazırkı beynəlxalq münasibətlər və dünya siyasətinin əhəmiyyətli faktora çevrilir. Azərbaycan mövqeyinin güclənməsinin obyektiv səbəbləri olduğunu qeyd edən natiqlər daxili siyasi stabillik, yüksək və dayanaqlı iqtisadi inkişaf, Rusiyanın da vacib yer tutduğu səmərəli və çoxsahəli xarici siyasəti bunu şərtləndirən amillər olduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR