Bank Of Baku

Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib
# 01 dekabr 2008 13:48 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Türkiyənin xarici işlər naziri Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, çoxşaxəli əlaqələrin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Prezident münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını deyib. Dövlət başçısı əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparmaq üçün müxtəlif səviyyəli səfərlərin önəmini də qeyd edib.

Öz növbəsində, Ə. Babacan Azərbaycanla əlaqələrin müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. Ə. Babacan əlaqələrin siyasi, iqtisadi və bütün digər sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR