Xorvatiya prezidenti İçərişəhərlə tanış olub - FOTO
13 mart 2012 12:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti İvo Yosipoviç və xanımı İçərişəhərdə olublar. Nazirlər Kabineti yanında “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonağın Bakının qədim hissəsi ilə tanışlığı UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıqla davam edib.
İvo Yosipoviç qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub. Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində Xorvatiya prezidenti Azərbaycan milli mətbəxinin nümunəsi olan təndir çörəyinin dadına baxıb. Daha sonra “Şirvanşahlar Sarayı Kompleksi”ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
2002-ci ildən fəaliyyət göstərən Miniatür kitab muzeyində olan qonaq muzeyin ekspozisiyası ilə də tanış olub. Sonda İvo Yosipoviç “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanan hücrələrə tamaşa edib və İçərişəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.

Xarici siyasət
TBMM Baş katibinin müavini Milli Məclisdə bir sıra görüşlər keçirib
18:06
23 may 2024
Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb
16:37
23 may 2024
Emoməli Rəhmon: Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq
16:18
23 may 2024
Emoməli Rəhmon Prezident İlham Əliyevi Tacikistana səfərə dəvət edib
16:12
23 may 2024