BMT-nin Baş katibi Beynəlxalq Novruz Günü münasibətilə müraciətlə çıxış edib
20 mart 2012 04:35 (UTC +04:00)
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, Novruz bəşər tarixinin mövcud olduğu min illər boyunca dünyada üç yüz milyon insan üçün regionları və millətləri, etiqad və dilləri baharın ilk günündə təbiətin yenilənməsi münasibəti ilə birləşdirir.
Novruz ailə və dostlar, bayram təamları, rəqs və şənlik bayramıdır. Novruz bütün icmalar arasında qarşılıqlı hörmət və harmoniyaya xüsusi diqqət ayrıldığı bir gündür. Novruz təravətlilik və oyanış, sülh və rifah arzularımızın yeniləndiyi bir andır.
BMT-nin Baş katibinin fikrincə hər il bu bayram dünyandakı fərqliliklərini nümayiş etdirir və bizim hər birimizi birləşdirən ortaq cəhətləri möhkəmləndirmək üçün bir şans yaradır. Məhz buna görə də Novruz bayramı bu yaxınlarda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu addımın atılmasına səbəb olan birgə səylər BMT Baş Assambleyasının 21 martı Beynəlxalq Novruz Günü kimi tanımasına gətirib çıxarıb.
Pan Ki Mun bildirib ki, Novruzun qeyd edildiyi ərazilər də daxil olmaqla qlobal dəyişikliklər və tərəddüdlərin baş verdiyi bir vaxtda kökündə sülhə çağırışın durduğu bu günün qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. “Mənim ürəyim çətin şərtlər altında Novruzu qeyd edən icmalarladır. Bu bayram insanların taleyinin bir olması və hər kəs üçün daha yaxşı gələcəyə nail olmaq üçün çalışmalı olduğumuz haqqında bir xatırlatmadır”.
O, təbiətin yenilənməsini qeyd etmək üçün səyləri birləşdirməyə və daha təhlükəsiz, dinc və ədalətli qlobal icma qurmaq üçün üzərimizə öhdəlik götürməyə çağırıb.

Xarici siyasət
Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib
19:44
22 may 2024
Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
19:21
22 may 2024
Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, bütün regiona müsbət təsir göstərəcək
19:08
22 may 2024
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib
18:51
22 may 2024