Sunak Britaniyada seçkilərin iyulun 4-də keçiriləcəyini təsdiqləyib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak

© APA | Böyük Britaniyanın Baş naziri Rişi Sunak

# 22 may 2024 20:26 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, Sunak parlamenti buraxmaq və seçki keçirmək üçün kral III Çarlzdan icazə aldığını bildirib.

"İndi Britaniyanın öz gələcəyini seçmək vaxtıdır. Bu gün Əlahəzrət Kral III Çarlz danışığımda ondan parlamentin buraxılmasını xahiş etdim. Kral bu istəyimi yerinə yetirdi və biz iyulun 4-də ümumi seçki keçirəcəyik", - Sunak vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR