Bakıda “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçiriləcək
18 iyun 2012 09:07 (UTC +04:00)
Bakı – APA. İyunun 20-də Bakıda “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil olunub. SAM-dan APA-ya verilən məlumata görə, tədbirdə mərkəzin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin müqayisəli Konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin müqayisəli və Avropa hüququ üzrə araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze və digər qonaqlar iştirak edəcəklər.
Konfransın əsas məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, onlarla Azərbaycan cəmiyyətini tanış etmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı münaqişələrin həlli prosesində tətbiqini müzakirə etməkdən ibarətdir.
Konfransın əsas məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, onlarla Azərbaycan cəmiyyətini tanış etmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı münaqişələrin həlli prosesində tətbiqini müzakirə etməkdən ibarətdir.
Xarici siyasət
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir
15:04
11 may 2024
Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:03
11 may 2024
ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil
15:01
11 may 2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
13:57
11 may 2024