Ceyms Appaturay: “Azərbaycan Əfqanıstan məsələsində bundan sonra da NATO-ya dəstək verəcək”
05 iyul 2012 12:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
C. Appaturay Azərbaycan Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində görüşlər keçirdiyini, görüşlərdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib: “Əfqanıstanla bağlı Azərbaycanla yaxşı əməkdaşlığımız var. Təkcə əsgərlə bağlı deyil, NATO-ya tranzit yardımı etdiyi üçün də Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Azərbaycan Əfqanıstana sülhməramlı kontingentlə və bu ölkədə keçirilən təlimlərə dəstək verməklə yardım edir. Bundan başqa, Azərbaycan əfqan minaaxtaranlarına təlimlərin keçirilməsi layihələrində də yaxından iştirak edir”.
“Azərbaycanla NATO arasında Əfqanıstana yük daşınması barədə müzakirələr aparıldımı”
sualına cavab olaraq Ceyms Appaturay bununla bağlı müzakirələr apardıqlarını deyib: “Azərbaycan NATO-nun Əfqanıstana tranzitlə bağlı etibarlı tərəfdaşıdır. Bizim qoşunlar orda bir yerdədir. Azərbaycanla bir yerdə işləyirik. Eyni zamanda, istəyirik ki, Əfqanıstana tranzit yüklərin daşınması iqtisadi cəhətdən Azərbaycana xeyir versin”.
Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) 3-cü mərhələsi barədə danışan C. Appaturay planın artıq təsdiq olunduğunu, bununla bağlı Azərbaycan tərəfi ilə müzakirələr aparıldığını deyib: “Artıq üçüncü mərhələyə başlamışıq”.

Xarici siyasət
Latviya parlamentinin sədri Şuşaya səfər edib - FOTO - YENİLƏNİB
18:51
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024
XİN 19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım edib
14:00
19 may 2024