Gürcüstan səfiri: “Rusiya Cavaxetiya məsələsindən Gürcüstana qarşı təsir vasitəsi kimi istifadə edə bilər”
08 avqust 2012 13:01 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir bu həftə ölkədə matəm həftəsi elan olunduğunu deyib. Müharibə dövründə və müharibədən sonra Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən səfir ölkəmizin beynəlxalq səviyyədə də rəsmi Tiflisə dəstək verdiyini xatırladıb. O, Azərbaycanın BMT-nin 66-cı sessiyasında işğal olunmuş ərazilərin geri qaytarılmasını, qaçqınların öz evlərinə geri dönməsini tələb edən qətnaməni dəstəklədiyini deyib.
Azərbaycan və Gürcüstanı strateji tərəfdaş dövlətlər adlandıran səfir ölkəsinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını deyib. Diplomat çıxışında Cavaxetiya probleminə də toxunub. “Bir vaxtlar Abxaziya və Cənubi Osetiya məsələsində etnik faktor olaraq Gürcüstan əleyhinə istifadə olunub. Rusiyanın Cavaxetiya məsələsindən Gürcüstana təzyiq kimi istifadə etməyə çalışacağını istisna etmirəm”.

Xarici siyasət
Latviya parlamentinin sədri Şuşaya səfər edib
16:01
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024
XİN 19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım edib
14:00
19 may 2024
Seyid İbrahim Rəisi: “Bu, iki xalq üçün çox uğurlu bir görüşdür”
13:19
19 may 2024