Mahmud Məmmədquliyev: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Avropa Birliyi əməkdaşlığına əsas maneələrdəndir”
27 sentyabr 2012 09:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Nazir müavinin sözlərinə görə, indiyədək münaqişə ilə bağlı beynəlxalq təşkilatların aydın mövqeyi olmayıb: “Baxmayaraq ki, başqa münaqişələrlə bağlı Avropa Birliyinin konkret mövqeyi olub, Azərbaycana gələndə deyirlər ki, bu məsələdə ATƏT-in Minsk Qrupunun mövqeyini dəstəkləyirik, onların hər hansı qərarını verməsini gözləyirik. Bu mövqe kifayət etmir, çünki Ermənistan bu cür yanaşmalardan istifadə edərək münaqişənin həlli prosesini uzadır. Qarabağ məsələsi bu gün Azərbaycan-Avropa Birliyi əməkdaşlığına əsas maneələrdəndir”.
Nazir müavini Azərbaycanın hazırda Avropa Birliyinə üzv olmaq niyyətində olmadığını bildirib: “Biz ən qabaqcıl və ali Avropa təcrübəsini Azərbaycana transformasiya edəndən sonra ölkə rəhbərliyi buna qərar verə bilər. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa 1996-cı ildə başlayıb və ötən dövrdə müxtəlif danışıqların müxtəlif əməkdaşlıq proqramlarının 30 maddəsi üzrə artıq razılığa gəlinib. Təəssüf ki bu günədək Dağlıq Qarabağ maddəsi üzrə razılığa gəlinməyib. Biz bununla bağlı ilkin versiyanı təqdim etmişik, lakin hələ cavab almamışıq”.

Xarici siyasət
Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bütün regiona müsbət təsir göstərəcək
19:08
22 may 2024
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib
18:51
22 may 2024
Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin Azərbaycan-Ermənistan sülh prosesini əngəlləməyə çalışdığını bəyan edib
17:13
22 may 2024
Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB-1
17:10
22 may 2024