Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək
02 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyanın Tirana şəhərinə səfər edəcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildir. Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar fikirlərini bildirəcəklər.
Xarici siyasət
TBMM Baş katibinin müavini Milli Məclisdə bir sıra görüşlər keçirib
18:06
23 may 2024
Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb
16:37
23 may 2024
Emoməli Rəhmon: Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq
16:18
23 may 2024
Emoməli Rəhmon Prezident İlham Əliyevi Tacikistana səfərə dəvət edib
16:12
23 may 2024