Oqtay Əsədov: “BP Azərbaycanda neft hasilatı ilə bağlı öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını alıb”
16 oktyabr 2012 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
O, qeyd edib ki, bəzi qüvvələr BP ilə bağlı yerində olan iradları siyasiləşdirmək istəyirlər: "Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Proqnozlar yerinə yetirilməlidir, bu, elementar məsələdir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. BP Azərbaycanda neft hasilatı ilə bağlı öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını alıb".
Bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də çıxış edərək BP ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Xarici siyasət
Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə danışıqlar üçün Qazaxıstana yola düşüb
09:03
10 may 2024
Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - FOTO
21:00
9 may 2024
Moskvada Azərbaycanın faşizm üzərindəki qələbədə roluna həsr olunmuş sərgi açılıb - FOTO
20:37
9 may 2024
Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
16:17
9 may 2024