Jak For: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yaxın günlərdə keçiriləcək” - EKSKLÜZİV
18 oktyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra regiona səfər etməyi planlaşdırırlar. Bu barədə APA-ya fransalı həmsədr Jak For açıqlama verib.
O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili istiqamətində iş aparılır: “Bu məsələ demək olar ki, həllini tapıb. Görüş tezliklə, yaxın günlərdə keçiriləcək”.
Xatırladaq ki, bir müddət əvvəl Fransa XİN Milli Assambleyanın deputatı Valeri Buayenin soğrusuna cavab olaraq bildirib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında təmas qurulması planlaşdırılır. Çox güman ki, XİN başçılarının görüşü Parisdə keçiriləcək.

Xarici siyasət
XİN 19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım edib
14:00
19 may 2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024