Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini aprel ayında Belçika kralına təqdim edəcək
22 fevral 2007 15:49 (UTC +04:00)
Azərbaycanın Belçikada və eyni zamanda Lüksemburq, Niderland və Avropa İttifaqında (Aİ) akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Emin Eyyubov vəzifəsini icra etmək üçün artıq Brüsseldədir. Səfir APA-ya verdiyi açıqlamasında bildirib ki, etimadnaməsini aprel ayında təqdim edəcək. Belçika kralı xarici səfirlərin etimadnaməsini ayda bir dəfə qəbul edir. E. Eyyubov etimadnaməsini Aİ-yə martın sonu-aprelin əvvəlində təqdim edəcək. Aİ-nin protokol qaydalarına görə, etimadnamələr Avropa Komissiyasının prezidentinə və Aİ-yə sədrlik edən dövlətin nümayəndəsinə təqdim edilir. /APA/
Xarici siyasət
Bakıda TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək
17:41
3 iyun 2024
Baş nazir Əli Əsədov Minskə işgüzar səfərə gedib
15:58
3 iyun 2024
XİN rəhbəri: Almatıda baş tutan danışıqlar ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət edir
14:59
3 iyun 2024
Ceyhun Bayramov Lui Bononu sülh gündəliyi üzrə əldə olunan son inkişaf barədə məlumatlandırıb
14:59
3 iyun 2024