Azərbaycanın baş konsulluğu Təbriz və Ərdəbildə çap olunan qəzetlərdə Xocalı faciəsini əks etdirən foto-şəkil və məqalələr dərc etdirəcək

Azərbaycanın baş konsulluğu Təbriz və Ərdəbildə çap olunan qəzetlərdə Xocalı faciəsini əks etdirən foto-şəkil və məqalələr dərc etdirəcək
# 28 fevral 2007 15:43 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə tədbirlər həyata keçirilib. Konsulluqdan APA-ya daxil olan məlumata görə, İran İslam Respublikası (İİR) vətəndaşlarına Xocalı faciəsi barədə hazırlanan 1000-ə yaxın bülleten paylanıb. Heydər Əliyev Fondunun Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap etdirdiyi kitablar məktub vasitəsilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, eləcə də Gilan ostandarlıqlarına, İİR-in Xarici İşlər Nazirliyinin Şimal-Qərb üzrə nümayəndəliyinə və digər yerli hakimiyyət orqanlarına göndərilib. Fevralın 26-da isə Baş Konsulluğun binasında Xocalı soyqırımının ildönümü ilə bağlı anma mərasimi keçirilib. Yaxın günlərdə daha geniş auditoriyanı məlumatlandırmaq məqsədi ilə Təbriz şəhərində nəşr olunan “Fərdaye Ma” və Ərdəbil şəhərində çap olunan “Sobh-e Sabalan” qəzetlərində faciə barədə foto-şəkillərlə birlikdə məqalələrin dərc edilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR